Mətbəx mebeli seçərkən verəcəyiniz ilk qərarlardan biri rəng seçməkdir. Ağ mətbəx mebelləri son zamanlarda müştərilər tərəfdən ən çox üstünlük verilən modellərdir.
Ağ mətbəx mebelləri bu gün mətbəx dizyanı mövzusunda ən çox müzakirə olunan nüanslardan biridir. Mebellərdə bu rəngin istifadə olunmasının bir sıra avantaj və dezavantajları var. Gəlin onlara göz ataq:
Ağ rəng bütün üslublarla drahatlıqla ayaqlaşa bilən bir seçimdir. Modern, avanqart və ya klassik tərzlərlə mükəmməl uyğunlaşır. Bu rəng həmçinin baza rəng kimi də istifadə oluna bilir. Modern mətbəx mebelləri dizayn edilərkə çox vaxt ağ rəngdən istifadə olunur. Bu rəng eyni zamanda mətbəxdə istifadə etdiyiniz paltaryuyan, soyuducu kimi elektron əşyaların rəngi ilə da asanlıqla uyğunlaşa bilir.
Ağ mətbəx mebelləri heç vaxt dəbdən düşmür. Son əlli ildə nəşr olunan hər hansı bir ev dekorasiya dərgisini nəzərdən keçirsəniz ən sevilən modellərin bu rəngdə olduğunu görə bilərsiniz.
Bu rəng sakitləşdirici təsirə malik olduğu üçün stresi aradan qaldırmağa köməklik edir. Ağ rəngli dolablar mətbəxinizin mövcud olduğundan daha böyük və təmiz görünməsinə köməklik edir. Beləki bu rəng işığı əks etdirmək xüsusiyyəti ilə vizual görüntünüzün böyük görünməsinə səbəb olur. Bu səbəblə ağ rənglər kiçik ölçülü mətbəxlər üçün ən ideal seçimdir.
Ağ rəngli mebellərin əsas mənfi cəhəti yemək bişirən zaman yaranan ləkələri göstərməsidir. Bu səbəblə bu mebellər daha çox baxım tələb edə billir. Bu problemin qarşısını almaq üçün siz, daha çox çirklənən hissələr üçün daha tünd tonda mebel istifadə edə bilərsiniz. Bununla siz eyni zamanda otaqda fərqli dekorasiya yaratmış olacaqsınız.