Evinizi yeniləyərkən mətbəx mebelləri dizyanı vasitəsiylə yeni bir atmosfer qatacaqsınız. Metbexmebelleri.com sizə bir-birindən fərqli dizyan həllərini münasib qiymət təklifləriylə əldə etmənizə kömək edəcək.
Mətbəxinizi dizyan edərkən diqqət yetirməli olduğunuz ən önəmli faktor rəng seçimidir. Mebelin rəngini müəyyənləşdirmədən öncə dəzgahınızın rəngini müəyyənləşdirin. Rəngə qərar verməzdən öncə mətbəxinizin ölçülərini düşünün. Mətbəxinizin ölçüsündən asılı olaraq seçdiyiniz rənglər mətbəxinizin görünüşünə təsir edə bilər. Ümumiyyətlə, kiçik, zəyif işıqlandırılmaya sahib mətbəxiniz varsa, parlaq rənglərə üstünlük verməlisiniz. Geniş və işıqılı bir məkana sahibsinizsə bu zaman tünd rəngli mebelləri rahatlıqla seçə bilərsiniz.
Rəng seçimi zamanı mətbəxdə keçirdiyiniz zamanı da diqqətə almalısınız. Mətbəxdə çox vaxt keçirirsinizsə sakitləşdirici rənglər sayılan ağ, boz və qəhvəyi kimi neytral rənglərdən istifadə etməlisiniz. Bu rənglər yorulmanızın qarşısını alaraq mətbəxlərdə rahat vaxt keçirməyinizə kömək edə bilər.
Mətbəxinizdə ənənəvi bir görüntü yaratmaq istəyirsinizsə krem və ya ağ kimi klassik rəngləri seçməyinizi məsləhət görürük. Mətbəxiniz modern bir üslubda dizayn edilibsə daha çox rəng arasından seçim etmə kimi şansınız var. Parlaq rənglər və bir-biriylə kontrast təşkil edən tonlar modern üslublu mətbəxlərdə üstünlük verilən tonlardan sayılır.
Mətbəx mebelləri dizaynı arasında seçim edərkən otaqda yaratmaq istədiyiniz atmosferə fokuslanın. Məsələn, açıq mavi şkaflar sakit, rahat bir əhval-ruhiyyə yaratmağa, qara şkaflar isə dramatik bir əhval-ruhiyyə yaratmağa kömək edəcəkdir.
Mətbəx dizyanında köməyə ehtiyacınız varsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin. metbexmebelleri.com-un təqdim etdiyi modelləri və metbex mebeli qiymətlərini incələməyə indi başlayın.

Loval kuxna dizayni 1 paqon metr 350 AZN
Milano kuxna dizayni 1 paqon metr 350 AZN