Mətbəx dizaynı evinizi yeniləyərkən üzərində düşünüləsi ən önəmli xüsuslardandır. Mətbəxiniz evinizin mərkəzidir. Yemək bişirmək, yemək yemək üçün ailənizi bir araya gətirir. Bu otaqlarda səmimi bir atmosferin yaranmasına vasitəçilik edən detallar isə mətbəx mebelləridir.
Gözəl, rahat, işlək və səmərəli bir mətbəx dizyanı yaratmaq olduqca vacibdir. Bunun üçün isə diqqət ediləməsi lazım olan bir çox detal vardır.
Mətbəx mebelleri dizayn planınızı dəqiqləşdirin.
“Qızıl üçbucaq” olaraq da bilinən “mətbəx üçbucağı” üç əsas mətbəx komponenti arasındakı münasibətə aiddir: çanaq, soba və soyuducu. Mətbəxinizin üç vacib nöqtəsi. Bu üçbucaq arasındakıı sahə sizin əsas iş sahənizdir. Bu istiqamətlər üzrə ideal bir axının təmin olunmasına diqqət yetirməlisiniz. Mebelləriniz və ya otaqlarınızda yer alan əşyalar sizin hərəkət trayektoriyanız üzərind maneə yaratmayacaq şəkildə təşkil olunmalıdır.
Optimal bir üçbucaq dizayn edildikdən sonra, mətbəx mebellərinin dizaynı və rəngi barədə düşünün. Rənglər otaqöınızda yaratmaq istədiyiniz atmosferə birbaşa təsir edən önəmli bir faktordur. Canlı və tünd rənglər otaqlarda dinamik görüntü yaratmağa, neytral tonlar isə daha sakitləşdirici məkanlar əldə etmənizə xidmət edəcək.
Unutmayın ki, seçdiyiniz mebelin hazırlandığı materialların keyfiyyəti vacibdir. Xarici görünüşün yanı sıra dolablarınızın yaxşı işləməsi də daha vacibdir. Taxta, laminat kimi dayanıqlı materiallardan hazırlanmış mebellər sizə uzunmüddətli istifadə imkanı tanıyacaq. Bununla siz sevərək aldığınız mebelləri uzun müddət rahatlıqla istifadə edə biləcəksiniz.
Mətbəx dizaynı ilə bağlı köməyə ehtiyacınız varsa bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Metbexmebelleri.com-un peşəkar əməkdaşları bu mövzuda köməyinizə çatacaq.