Kiçik ölçülü mətbəx mebelləri həm dizayn, həm də daşıdığı funksionallıq etibariylə kiçik mənzillər üçün əvəzolunmaz seçim olaraq qalır. Metbexmebelleri.com sizə münasib qiymət təklifləri təqdim edir.
Otaq ölçüsünü nəzərə almadan mebel almaq səhvdir. Əslində kiçik detallar və düzgün seçilmiş dizyan həlləri ilə məkanınızı vizaul olaraq daha böyük göstərə bilərsiniz. Kiçik ölçülü mətbəxlər üçün mebel seçimi edərkən bir neçə xüsusa önəm verməlisiniz. Kiçik mətbəxlər üçün seçilən mebellər otaqda məhdudiyyətlər yaratmamalıdır. Beləliklə siz, məkanlarınızdan daha səmərəli istfadə edərək ondan maksimum yararlana bilərsiniz.
Əlavə taxta ayırıcılar və bölmələrlə ayrılan dolablara sahib balaca kuxna mebelleri məkanlardan səmərəli istifadə edilmə mövzusunda yaxşı nümunələrdəndir.
Kiçik otaqların vizual olaraq daha böyük görünməsinə kömək edən iki detaldan biri rəngdir. Açıq və bir-biriylə kontrest təşkil edən rənglərdən istifadə məkanların daha geniş görünməsinə şərait yaradacaqdır. Neytral rəng tonları həmçinin otaqda sakit atmosferin yaranaraq sizin daha az yorulmanıza köməklik edəcəkdir.
Kiçik mətbəxlərdə düzgün işıqlandırılmadan istifadə etməyə diqqət yetirin. Kiçik və qaranlıq otaqlarda süni işıqlardan istifadə edilməsi ilə məkanlarda yeni bir atmosfer qazandıra bilərsiniz.