Fərqli mətbəx dizayn fikirləi üçün mətbəx mebelləri instagram hesabımızı incələyin. Mətbəx mebelləri vizual görüntünüzün formalaşmasına təsir edən ən önəmli detallardandır. Düzgün seçilmiş mebel interyer dizyanınızın uğurlu olmasına səbəb olacaq.
Son zamanlarda mətbəxlərdə daha sakit və neytral tonlardan istifadə edilir. Canlı rənglər bir neçə il önclə çox dəbdə idi, buna görə mətbəx şkaflarında yaşıl, qırmızı kimi rənglərə daha çox rast gəlinirdi. Neytral tonlar məkanlarda minimalist və modern görüntü əldə etmək istəyənlər üçün ideal seçim olaraq qalır. Bu rənglər həmçinin kiçik otaqlarda düzgün işıqlandırılma ilə mətbəxinizin vizual olaraq daha böyük görünməsinə şərait yaradır. Canlı və tünd rənglər isə daha çox yaxşı işıqlandırılan və böyük məkanlar üçün doğru seçim sayılır.
Dəzgahlar mətbəx mebellərində göz alıcı detalları olduğundan mətbəx mebeli rənginə qərar verməzdən öncə dəzgahların rəngini müəyyənləşdirin.
Əgər otaqda iki və daha artıq rəng istifadə etmək istəyirsinizsə yuxarı və alt dolablar üçün fərqli bir rəng seçin. Bununla birlikdə mətbəxin bir tərəfi üçün bir, qarşı tərəfi üçün başqa bir rəng seçə bilərsiniz. Bu zaman siz daha tünd və neytral rəngləri birlikdə istifadə edə bilərsiniz. Parlaq və daha neytral rənglər arasında bir uyğunluq yaxalamağa çalışın. Bir rəngli mebel modellərinə qaşılıq çox rəngli dolablara daha çox tələb yaranmışdır. İki rəngdən istifadə edərkən, alt şkaflar üçün tünd, üst dolablar üçünsə daha açıq tonlar istifadə edilməkdədir. Bu, tarazlıq yaradaraq, məkanın vizual olaraq daha geniş görünməsinə kömək edəcəkdir.
Mebellər arasında seçim etməkdə qərarsızlıq çəkirsinizsə mətbəx mebelləri instagram səhifəmizi incələyə bilərsiniz. Mətbəx mebelləri və qiymətləri ilə tanış ola, bir-birindən fərqli dizayn çeşidləri arasından sizə ən uyğun modeli online sifarişlə əldə edə bilərsiniz.