Mətbəx mebelləri kataloq vasitəsiylə evinizzə və zövqünüzə uyğun modelləri rahatlıqla tapa bilərsiniz. metbexmebelleri.com-un təqdim etdiyi kataloqlarla modern, avanqart üslublu modelləri kəşf edin və online sifarişlə bir toxunuşla əldə edə bilərsiniz.
Mebellər istənilən mətbəxin əsas elementidir. Mətbəx mebelləri saysız ölçülər, üslubları və dizaynlarda istehsal edilir. Geniş seçim alternativi içindən mətbəxinizin dizaynına uyğun və funkisonallığı ilə sizə rahatlıq yaradacaq mebeli seçməkdə biz sizə kömək edəcəyik. Mebel seçərkən göz önünə almalı olduğunuz detalları incələyək.
Material. Məhsulun hazırlanmasında istifadə olunan material mebellərin görünüşünə və davamlılğına təsir edən əsas faktordur. Dayanıqlı materialdan hazırlanan modellər sizə uzun müddətli istifadə imkanı tanımaqla yaxın gələcəkdə büdcənizə dəyəcək ziyandan sizi qoruyacaq. Yükə və xairici təsirlərə davamlılığı ilə fərqlənən laminat materialı bu baxımdan ən çox üstünlük verilən materiallardandır.
Qapılar. Dizaynınızın formalaşmasına və fərqlənməsinə köməklik edən detallardan biridir. Qapılarda etdiyiniz rəng, dizayn və ya qapı tutacaqları kimi kiçik dəyişikliklər mətbəxinizdə dizayn cəhətdən böyük dəyişikliklərə səbəb ola bilər.
Rəng. Rəng seçimi mebellərin dizaynı qədər önəmli bir detaldır. Rəng seçimi edərkən ümumi mətbəxinizin interyer dizaynını və mətbəxdəki işıqlandırılmanı nəzərə almalısınız. Kiçik və işıqlandırılmanın zəyif olduğu otaqlarda açıq rəng tonlarına, daha geniş məkanlarda isə tünd rəngli tonlara üstünlük verilir. Yarı parlaq, parlaq və ya saten rəngli kuxna mebelleri üçün optimal rəng seçimlərindəndir. Bu rənglər ləkəyə davamlı olmaqla yanaşı rahat təmizlənəmə xüsusiyyətinə sahibdir.
Xəyalınızdakı mətbəx dizaynını mətbəx mebelləri kataloq vasitəsiylə kəşf edin.