Metbexmebelleri.com sizə münasib kuxna mebelleri qiymeti təklif edir. Məkanınıza və zövqünüzə uyğun modelləri büdcənizə uyğun şəkildə burada tapa bilərsiniz.
Kuxna mebeli qiymetine təsir edən bir neçə factor var. Bunları aşağıdakı kimi sıralamaq mümkündür.
Mətbəxinizin ölçüsü.
Mətbəxinizin ölçüsü və tərtibatı (U, L, düz, paralel, adalı) mebel qiymətinə birbaşa təsir edir. Böyük bir mətbəx üçün daha çox dolab lazım olarkən, kiçik mətbəxlər az sayda funkional dolablar tələb edir. Mətbəxdən istifadə məqsəd və qaydalarınız da qiymətə təsir edir. Əgər siz az sıxlıqla yemək bişirirsinizsə daha kiçik dolablara üstünlük verə bilərsiniz.
Material.
Mətbəxinizin ümumi dəyərini təsir edəcək çox sayda material var. Material seçərkən zövqünüzdən, seçimlərinizdən və ümumi dizayn üslubunuzdan başqa büdcənizə ən uyğun olan variantı seçin.
Taxta materialdan emal edilən modellər ən bahalıdır. Çünki bu modellər cızıqlara davamlıdır və parlaq, keyfiyyətli bir görünüş verir.
Büdcə üçün ən ideal seçim laminatdır. Bu modellər xarici təsirlərə qarşı davamlı olduğu üçün sizə uzun ömürlü istifadə imkanı tanıyır. Bu modellər arasında isə parlaq rəngli laminatlar mat olanlardan bir qədər baha olur.
Kuxna mebelleri qiymeti mebeldə istifadə olunmuş dəzgahların növünə uyğun olaraq dəyişiklik göstərir. Üzərinizdə yemək hazırlamaq üçün geniş bir səth təmin etmək xaricində dəzgahlar istənilən mətbəxin vizual görüntüsünə də təsir edir. Corian, kvars və cilalanmış qranitlər dəzgahlar üçün ən populyar materialdır. Kvars hamısı arasında ən bahalıdır. Bununla birlikdə, hər bir material növü də bir sıra qiymət aralığındadır.